“Xəzər Lənkəran”ın albaniyalı legioneri adını klubun tarixinə yazdırmaq niyyətindədir

“Xəzər Lənkəran”ın albaniyalı legioneri adını klubun tarixinə yazdırmaq niyyətindədir

"Xəzər Lənkəran"ın futbolçusu Elvin Begiri üçün Azərbaycan Premyer Liqasının XVIII turu uğurlu olub. SİA-nın "Xəzər Lənkəran"ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, albaniyalı legioner MOİK-lə oyunda dubl müəllifi olub. Müdafiəçi bununla da "Xəzər Lənkəran" formasında vurduğu qolların sayını 5-ə çatdırıb. Elvin komandanın tarixi ərzində ən azı 5 qol vuran 28-ci oyunçu olub. Begiriyə qədər yalnız 1 müdafiəçi bunu bacarmışdı. Bu da komandanın sabiq kapitanı Emin Quliyev idi. O, komandada 12 qola imza atıb.

Emin Quliyev dubllarını 2007-ci ildə gerçəkləşdirib. Quliyev əvvəl 2006/07 mövsümünün sonlarında "Olimpik"lə matçda (3:2) bakılıları məyus etmişdi. Bu qarşılaşma aprelin 27-də keçirilmişdi. Heç 5 ay keçməmiş Emin yenə dubla imza atdı. O, 2007/08 mövsümünün startında – 5-ci turun "Turan"la görüşündə (2:0) fərqləndi. Həm ilk dubl, həm də sentyabrın 16-dakı matç Lənkəranda və çempionat çərçivəsində baş tutmuşdu.

Cari mövsüm məhsuldarlığı ilə seçilən albaniyalının Eminə çatacağı mümkün görünür.

Qeyd edək ki, sırf müdafiəçi olan Elvindən fərqli müdafiəçilərin ən yaxşı bombardiri bəzən yarımmüdafiəçi kimi də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə