Tomas Tuxel: "Qapını Buffona etibar edəcəyik"

Tomas Tuxel: "Qapını Buffona etibar edəcəyik"

PSJ-nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Napoli" ilə oyunda Canluici Buffona şans verəcəyini təsdiqləyib. SİA-nın məlumatına görə, Tuxel matçın çətin olacağını bildirib: "Napoli" güclü klubdur. Müdafiədə daha bacarıqlıdır. Çətin sınaq qarşısındayıq. Qalib gəlmək asan olmayacaq. Qapını Buffona etibar edəcəyik. Əfsanəvi qapıçı bu arenanın atmosferini yaxşı bilir. Belə bir matçda oynamaq onun haqqıdır. Kavani və Tyaqo Silvanın köməyindən yararlanacağıq. Çətin olacağını bilirəm. Amma mübarizədən çəkinmirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə