"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsinin IV turunda qarşılaşacağı "Vorskla" ilə oyun üçün Ukraynaya yollanacaq. SİA-nın məlumatına görə, Azərbaycan çempionu axşam saatlarında çarter reysi ilə Poltavaya yola düşəcək.
Qeyd edək ki, "Vorskla" - "Qarabağ" oyunu noyabrın 8-də keçiriləcək və Bakı vaxtı ilə saat 00.00-da başlayacaq. Təmsilçimiz matçdan dərhal sonra isə Bakıya qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB