Futbol üzrə Belarus çempionatının 27-ci turunda "Neman" klubunu məğlub edən BATE (0:1) yarışların başa çatmasına üç tur qalmış ölkə çempionu olub. SİA-nın məılumatına görə, BATE ardıcıl 13-cü çempionluğunu bayram edib. 2006-cı ildən klub birinci pilləni əldən vermir.
Qeyd edək ki, mövsümün əvvəllərində komandanı Oleq Dulub çalışdırıb. İyun ayında istefaya göndərilən baş məşqçini Aleksey Baqa əvəzləyib. Belarus klubu 15 dəfə çempionatın qızıl medalını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB