Əfran İsmayılov: “Sevdiyim qız var və buna görə çox sevinirəm” - ÖZƏL

Əfran İsmayılov: “Sevdiyim qız var və buna görə çox sevinirəm” - ÖZƏL

Bütün dünyada olduğu kimi, Azərbaycanda da məşhur futbolçuların adı tanınmış şou-biznes nümayəndləri ilə hallanır. Bu siyahıda "Qarabağ" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov da var. Futbolçu ilə əlaqə saxlayıb məlumatların doğru olub-olmamasını öyrəndik. Ə.İsmayılov SİA-ya açıqlamasında şou-biznesdə olan qızlarla əlaqəsinin tamamilə olmadığını bildirdi: "Mənim şou-biznes qızları ilə heç bir əlaqəm yoxur. Çox istəyirlər məni də ora salsınlar. Verilişlrə çağırırlar, ancaq getmirəm".

Futbolçu evli olmadığını, ancaq sevdiyi qızın olduğunu vurğulayıb: "Evli deyiləm, amma sevdiyim qız var və buna görə çox sevinirəm". 

Bütün xəbərlər Facebook səhifəmizdə