Andrey Arşavin "Kayrat"dan ayrılıb

Andrey Arşavin "Kayrat"dan ayrılıb

Rusiya millisinin sabiq üzvü Andrey Arşavin Qazaxıstanın "Kayrat" klubundan ayrılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qazaxıstan Premyer Liqasının 33-cü turunda "Şaxtyor"la (Karaqanda) keçiriləcək oyunda 37 yaşlı hücumçu üçün vida mərasimi təşkil edəcək. Arşavin cəzalı olduğundan bu qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, 2016-cı ildən "Kayrat"da çıxış edən Arşavin 100 oyuna 30 qol vurub. O, bu mövsüm Qazaxıstan çempionatının gümüş medalını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə