Kişi həndbolçuların Azərbaycan çempionatında 3-cü turun oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, “ABU Arena” idman kompleksində 2 qarşılaşma keçirilib.
Daha böyük maraqla gözlənilən “Məhsul”-“Bakı” matçı gərgin idman mübarizəsi şəraitində keçib. Yarışın əsas favoritlərinin görüşü 27:22 hesabı ilə “Məhsul”un qələbəsi ilə nəticələnib. “Təhsil”-“U16” oyununda isə gözlənildiyi kimi nominal meydança sahibi inamlı qələbə qazanıb - 41:20.
Üç oyundan 6 xal toplayan “Məhsul” yarış cədvəlinin şəriksiz lideridir. Son ölkə çempionu “Bakı” 4 xalla ikinci, “Təhsil” 2 xalla 3-cü yerdədir. Keçirdiyi hər üç görüşdə məğlub olan “U-16” sonuncu pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB