Türkiyəli FİFA referisi Cüneyt Çakıra UEFA-dan növbəti təyinat gəlib. SİA-nın məlumatına görə, təcrübəli hakim Çempionlar Liqasının G qrupunun 4-cü turunda keçiriləcək SSKA (Rusiya) - "Roma" (İtaliya) matçını idarə edəcək.
Onun köməkçiləri Bahattin Duran, Tarık Onqun, Hüseyin Göçək və Barış Şimşək olacaq. Dördüncü hakim funksiyasını isə Mustafa Əmrə Eyisoy yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək SSKA - "Roma" oyunu Bakı vaxtı ilə saat 21:50-də start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB