"Bakı" klubunun braziliyalı hücumçusu Jaba yaşanan bütün çətinliklərə baxmayaraq, gələcəyə ümidlərlə baxır. SİA-nın məlumatına görə, Jabanın fikrincə, bunun üçün həlledici oyunda tam güclə mübarizə aparmaq və qalib gəlmək lazımdır: "Qəbələ"ni mütləq məğlub etməliyik. Səfərdə qazanacağımız 3 xalın önəmini hamımız bilirik. Bu oyun bizim üçün son şansdır. Bu oyuna çox ciddi köklənmişik.
"İnter"ə məğlubiyyətdən sonra turnir cədvəlinin ilk altı komandası arasına düşmək üçün şansımız tükənmək üzrədir. İnşallah, bu oyunda qalib gəlib, "Qarabağ" – "Xəzər Lənkəran" oyununda cənubluların qələbə qazanmasını arzulayacağıq. Qalib gələcəyimiz təqdirdə məqsədimizə çatacağıq.
Qalib gəlsək, aramızda 2 xal fərqi qalacaq. Gələn turda isə "Qarabağ" "Qəbələ"nı qəbul edir. Bu oyunda da rəqiblərimizdən biri, bəlkə də hər ikisi mütləq xal itirəcək. Bu isə işimizə yaraya bilər. Bizim komandaya inanıram. Azarkeşlərə səslənirəm ki, hamımız bir olmalıyıq. "Qəbələ" ilə oyunda bütün problemləri kənara qoyaraq hamıdan komandaya dəstək olmalarını xahiş edirəm. Bu anda dəstəyə ehtiyacımız var. Futbolçular, azarkeşlər, idarə heyətimiz, inzibati işçilər, hər kəsin bizi dəstəkləməsini rica edirəm.
Bir yerdə Qəbələyə gedək və qalib gələk. Bu oyunda qol vurmaq istəyirəm. Bu oyun bizim üçün son şansdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB