"Yuventus"da ciddi itki

"Milan" bir həftə sonra keçiriləcək "Yuventus"la qarşılaşmaya ciddi itki ilə çıxacaq. SİA-nın məlumatına görə, ötən gün İtaliya A Seriyasının 11-ci turu çərçivəsində keçirilən "Udineze" - "Milan" (0:1) qarşılaşmasının 35-ci dəqiqəsində “qırmızı-qaraların” əsas hücumçusu Qonzalo İquain zədələnib. Bu yay elə "Yuventus"dan Milana keçən Qonzalo meydançanı bel hissəsini tutaraq tərk edib.

Qeyd edək ki, "Milan" - "Yuventus" qarşılaşması noyabrın 11-i saat 23:30-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə