"Qəbələ"dən növbəti qələbə

"Qəbələ"dən növbəti qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cü turunun növbəti oyunu keçirilib. Qəbələ şəhər stadionunda keçirilən oyunda "Qəbələ" və "Sabah" komandaları üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 5-ci dəqiqədə Ceyms Adeniyi açıb. Bundan 10 dəqiqə sonra isə Stiven Monroz "Qəbələ"nin ikinci qolunu vurub. "Sabah" təsəlli qoluna 52-ci dəqiqədə imza atıb. Bəxtiyar Soltanov fərqi azaltsa da, komandanın bundan artığına gücü çatmayıb.

Bu qələbə sayəsində xallarını 12-yə çatdıran "Qəbələ" 5-ci pilləyə yüksəlib. "Sabah" isə 16 xalla 3-cü pillədə qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə