Nazarovun komandası yenə uduzdu

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, Aue təmsilçisi 12-ci turda səfərdə “Heydenheym”in qonağı olub. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

“Heydenheym” - "Erzgebirge" - 1:0
Qol:Zomalla, 54

Oyuna ehtiyat oyunçular skamyasında başlayan D.Nazarov 62-ci dəqiqədə meydana daxil olub. Qeyd edək ki, “Erzgebirge” 14 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə