PSJ-nin hücumçusu zədəsini sağaldıb

PSJ-nin hücumçusu zədəsini sağaldıb

PSJ-nin hücumçusu Edinson Kavani zədəsini sağaldıb. Fransa mətbuatının yazdığına görə, uruqvaylı forvard artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Onun Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Napoli”yə qarşı oynayacağı istisna olunmur. Qeyd edək ki, sözügedən oyun noyabrın 6-da Neapolda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə