İbrahimoviç qışda “Milan”a keçir?

İbrahimoviç qışda “Milan”a keçir?

“Los-Anceles Qelaksi”nin hücumçusu Zlatan İbrahimoviçin qışda “Milan”a keçidi həll olunmaq üzrədir. “La Gazzetta dello Sport”un xəbərinə görə, tərəflər arasında danışıqlar müsbət yöndə davam edir. İsveçli futbolçunun həyat yoldaşı Helena da artıq bu keçidə razılıq verib.
Ancaq maliyyə feyr-pley qaydaları ilə bağlı UEFA-nın diqqət mərkəzində olan İtaliya klubu 37 yaşlı futbolçunun transferini elə həll etmək istəyir ki, buna görə cəza almasın. Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə “Milan”ın şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə