Topaz Premyer Liqasının 10-cu turunda bu gün “Neftçi”ni qəbul edəcək “Keşlə” oyuna itkilərlə çıxacaq. SİA-nın məlumatına görə, komandanın 4 üzvü paytaxt derbisində forma geyinə bilməyəcək. Ötən tur “Qarabağ”la oyunda qırmızı vərəqə görən Samir Məsimov cəza, Andre Klennon, Fuad Bayramov və Məmməd Quliyev isə zədə səbəbindən bu günkü matçı buraxacaqlar.
Qeyd edək ki, “ASK Arena”dakı oyun saat 17:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB