“Qalatasaray”-“Fənərbağça” matçından sonra dava - FOTOLAR

“Qalatasaray”-“Fənərbağça” matçından sonra dava - FOTOLAR

İstanbuldakı “Türk Telekom Arena”da keçirilən “Qalatasaray”-“Fənərbağça” matçı başa çatdıqdan sonra komandaların futbolçuları arasında dava düşüb. SİA-nın məlumatına görə, bu davadan sonra baş hakim Fırat Aydınus komandaların futbolçularını 3 qırmızı və 1 sarı vərəqə ilə cəzalandırıb. Referi “VAR” sistemi vasitəsilə oyunu araşdırdıqdan sonra “Qalatasaray”dan Badou Ndayeyə, “Fənərbağça”dan isə Roberto Saldado və Jailsona qırmızı, meydan sahiblərindən Yunes Belhandaya isə sarı vərəqə göstərib.

Xatırladaq ki, "Qalatasaray" və "Fənərbağça" arasında oynanılan İstanbul derbisində qapılara dörd qol vurulub - 2:2.

Bütün xəbərlər Facebook səhifəmizdə