Derbidən öncə “Fənərbağça” azarkeşi dünyasını dəyişib

Derbidən öncə “Fənərbağça” azarkeşi dünyasını dəyişib

Türkiyə Superliqasının 11-ci turunun açılış matçında "Qalatasaray" və “Fənərbağça” üz-üz gəlib. SİA-nın məlumatına görə, "Türk Telekom Arena"da keçirilən qarşılaşmadan öncə üzücü hadisə baş verib.

Koray Şener adlı gənc “Fənərbağça” fanatı stadiona gedərkən ürəktutmasından dünyasını dəyişib. Şener Təcili Tibbi Yardımla xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Hadisədən xəbərdar olan “Fənərbağça” azarkeşlərinin hamısı ikinci hissədə “Türk Telekom Arena”nı tərk edərək Şenerin aparıldığı xəstəxanaya yollanıblar.

Xatırladaq ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə