Türkiyənin "Alanyaspor" futbol klubu, "Beşiktaş" klubunu məhkəməyə verib. Klubun saytında yer alan məlumata görə, buna İstanbul təmsilçisinin futbolçu Vaqner Lavın transferində qarşı tərəfə ödənilməli olan məbləği gecikdirməsi səbəb olub.
Qeyd edək ki, Vaqner Lav 2018-ci ilin yanvarında "Beşiktaş"a keçib. Onun transfer məbləğinin 3,7 milyon avro olduğu iddia olunur. Klub 34 yaşlı braziliyalı hücumçunun transfer məbləğini hissə-hissə ödəməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB