“Traktor Sazi”dən növbəti qələbə!

“Traktor Sazi”dən növbəti qələbə!

Futbol üzrə İran çempionatında 11-ci tura start verilib. Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” səfərdə "Peykan"la qarşılaşıb. Matç Təbriz klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Peykan" - "Traktor Sazi" - 1:2
Qollar: Esmaeilfar, 5 (0:1), Saleimu, 10 (0:2), Qazi, 74 (1:2)

Bu qələbə ilə xalını 19-a çatdıran "Traktor Sazi" turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Qeyd edək ki, turnir cədvəlinə 26 xalla "Padideh" başçılıq edir. "Sepahan" 22 xalla 2-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə