“Neftçi” hazırlığı 3 itki ilə bitirib

“Neftçi” hazırlığı 3 itki ilə bitirib

“Neftçi” Topaz Premyer Liqasının X turunda qarşılaşacağı “Keşlə” ilə sabahkı oyunun hazırlığını başa vurub. Klubun rəsmi saytında yer alan məlumata görə, oyunöncəsi son məşq “Türk Hava Yolları Futbol Mərkəzi”ndə olub.

Əsas heyətin 3 üzvü - Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Qoran Paratski zədəli olduqları üçün məşqdə yenə iştirak etməyiblər. Onlar sabahkı qarşılaşmada baş məşqçi Roberto Bordinin ixtiyarında olmayacaqlar.

Qeyd edək “ASK Arena”da baş tutacaq “Keşlə” – “Neftçi” matçı 17:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə