Birinci divizionda IX tura yekun vurulub

Birinci divizionda IX tura yekun vurulub

Futbol üzrə Azərbaycan birinci divizionunda IX tura yekun vurulub. Turun ikinci günündə 3 qarşılaşma keçirilib. Çempionatın lideri MOİK “Qarabağ-2” ilə səfər oyununda 3:1 hesablı qələbə qazanıb. “Neftçi-2” səfərdə “Ağsu”dan üstün olub - 2:1.

“Şüvəlan” - “Sabah-2” oyununda isə qapılara qol vurulmayıb.

2 noyabr

“Qarabağ-2” – MOİK – 1:3
Qollar: Rövlan Muradov, 30 - Raul Yaqubzadə, 39, Ümid Şükürlü, 54, 81

“Ağsu” – “Neftçi-2” – 1:2
Qollar: Nahid Zülfüqarov, 78 - Elnur Süleymanov, 38-p., Hüseyn Hüseynzadə, 72

“Şüvəlan” – “Sabah-2” – 0:0

Qeyd edək ki, turnir cədvəlinə 25 xalla MOİK başçılıq edir. "Neftçi-2" 20 xalla 2-ci, "Sumqayıt-2" isə 18 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə