Voleybol üzrə Super Liqa yarışlarının IV turunun oyunları keçirilib
Qadın voleybol komandaları arasında Super Liqa yarışlarının IV turunun oyunları keçirilib. SİA-nın məlumatına görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutmuş görüşlərdə ilk oyunda "Şirvan" və "İqtisadçı" qarşılaşıb. Matçda "İqtisadçı" 3:1 (25:14, 24:26, 25:22, 25:15) hesabı ilə qələbə qazanıb.
İkinci oyunda isə "Rabitə" və "Bakı" üz-üzə gəlib. Bu matçda "Rabitə" 3:0 (25:20, 25:19, 25:17) hesabı ilə üztün olub. "Azərreyl" - "Lokomotiv" qarşılaşmasında isə "Azərreyl" 3:0 (28:26, 25:13, 25:15) hesablı qələbə qazanıb. Qeyd edək ki, turnir cədvəlində "Azərreyl" 1-ci, "İqtisadçı" 2-ci, "Rabitə" isə 3-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB