Nurlan Novruzovun komandası kubokla vidalaşıb

Nurlan Novruzovun komandası kubokla vidalaşıb

Türkiyə Kubokunda 4-cü təsnifat mərhələsinin oyunları keçirilir. SİA-nın məlumatına görə, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dersimspor” səfərdə I Liqa təmsilçisi "Adana Dəmirspor"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub. Bu nəticədən sonra N.Novruzovun komandası kubokla vidalaşıb.

Nurlan start heyətdə meydana çıxıb və 45-ci dəqiqədə əvəzlənib. O, 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə