Dominik Klark: "Milli Gimnastika Arenası çox gözəl və orijinaldır" - AÇIQLAMA
Batut gimnastikası üzrə Avstraliya yığma komandası Bakıda, Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışında iştirak edir. SİA-nın məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, Avstraliya millisinin üzvü Dominik Klark Arenada gimnastların məşq etmələri üçün hər cür şəraitin yaradıldığını deyib. Gimnast bildirib ki, Milli Gimnastika Arenasının yaxınlığında Atletlər kəndinin olması idmançılar üçün çox rahatdır: "Arena təkcə möhtəşəm zala malik deyil, həm də binanın xarici görünüşü çox gözəl və orijinaldır. Zal məşq üçün lazım olan bütün zəruri avadanlıqla təchiz edilib. Sizin yüksək səviyyəli çoxlu idmançılarınız var. Ona görə də məşq üçün Milli Gimnastika Arenasını seçdik və Bakıya gəldik".
Qeyd edək ki, Avstraliyanın batut gimnastikası üzrə komandasının üzvləri noyabrda Sankt-Peterburqda keçiriləcək dünya çempionatı ərəfəsində Bakıda təlim-məşq toplanışlarında iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB