"Real"ın sabiq məşqçisi və hazırda "Nottinqem Forest"də baş məşqçilik edən Aytor Karanka "Sportinq"də işləyə bilər. SİA-nın məlumatına görə, 45 yaşlı mütəxəssis klub rəhbərliyinin istefaya göndərməyə qərar verdiyi baş məşqçi Joze Pezeyrunu əvəzləməyə namizəddir.
Xatırladaq ki, A.Karanka 2010-2013-cü illərdə "Real"ın baş məşqçisi Joze Mourinyonun köməkçisi olub.
Qeyd edək ki, "Qarabağ"ın Avroliqadakı rəqibi "Sportinq"in Portuqaliya Liqa Kubokunda "Eştoril"ə uduzmasından (1:2) sonra klub rəhbərliyi J.Pezeyru ilə yolları ayırmaq qərarına gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB