İtaliya A seriyasının təxirə salınmış oyununda “Cenoa” üzərində qələbə qazanan (2:1) “Milan” turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. Qol.az-ın xəbərinə görə, qələbəyə baxmayaraq, “rossonyerlər” öz antirekordunu təkrarlayıb.
Komanda ardıcıl 16-cı dəfə meydanı qol buraxaraq tərk edib. Sonuncu dəfə apreldə “Napoli” ilə görüşdə qapısının toxunulmazlığını qoruyan (0:0) Cennaro Qattuzonun komandası həmin vaxtdan bəri 16 qarşılaşmanın hamısında buraxdığı qola məyus olub. “Milan” bununla 1946-cı ildəki göstəricisini təkrarlayıb. Komanda həmin vaxt da ardıcıl 16 matçda qapısından qol buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB