Ramil Şeydayev yenə ehtiyatda qaldı...

Ramil Şeydayev yenə ehtiyatda qaldı...

Futbol üzrə Rusiya kubokunda 1/8 final mərhələsi çərçivəsində millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” öz meydanında “Krasnodar”la qarşılaşıb.

Şeydayevin adı matçın iştirak ərizəsinə salınsa da, baş məşqçisi ona şans verməyib. Görüşün əsas vaxt 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran “Krasnodar” 2:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə