“Atletiko”nun futbolçusu Antuan Qrizmann maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Fransalı hücumçu karyerasını ABŞ-da bitirmək istədiyini deyib: “MLS-də oynamaq və karyeramı orada bitirmək istəyirəm. Ora tamam başqadır. NBA (Beynəlxalq Basketbol Assosiasiyası) və ABŞ-ın şou-biznesi xoşuma gəlir. Həmçinin, ABŞ futbolunu sevirəm. Ölkəni də bəyənirəm. Orada məni heç kim tanımaz”.
Qeyd edək ki, bir müddət əvvəl “Barselona”nın təklifini rədd edən Qrizmannla PSJ də yaxından maraqlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB