“Mançester Siti” Rahim Sterlinqlə müqaviləni yeniləyəcək?

“Mançester Siti” Rahim Sterlinqlə müqaviləni yeniləyəcək?

“Mançester Siti” futbolçusu Rahim Sterlinqlə müqaviləni yeniləməyə hazırlaşır. “Sky Sports”un yaydığı xəbərə görə, İngiltərə millisinin üzvü ilə 2023-ci ilə qədər yeni sözləşmə imzalanacaq. Bütün məsələlərdə razılığa gələn tərəflər gələn həftə müqaviləyə qol çəkəcəklər.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2015-ci ildə “Liverpul”dan transfer edilib. O, “şəhərlilər”in heyətində 151 oyuna 48 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə