Çempionlar Liqası və Avroliqanın final oyunları üçün namizəd şəhərlərin siyahısı açıqlanıb

Çempionlar Liqası və Avroliqanın final oyunları üçün namizəd şəhərlərin siyahısı açıqlanıb

UEFA, 2021-ci ildə Çempionlar Liqası, Avropa Liqasının final oyunları və Superkubok matçını keçirməyə namizəd şəhərlərin siyahısını açıqlayıb. Qurumun rəsmi saytında yer alan xəbərə görə, qitənin bir nömrəli klub turnirinin həlledici oyununu qəbul etmək üçün Rusiyanın Sankt-Peterburq və Almaniyanın Münhen şəhərləri namizədləyini irəli sürüb. Avroliqanın finalına ev sahibliyi uğrunda Avstriya (Vyana, "Ernst Happel" stadionu), Gürcüstan (Tbilisi, "Boris Peytsadze" stadionu) və İspaniya (Sevilya şəhəri) mübarizə aparacaq.

UEFA Superkuboku oyununu keçirmək üçün isə əsas namizədlər bunlardır: Belarus (Minsk, "Dinamo" stadionu), Finlandiya (Helsinki, "Olimpiya" stadionu), Şimali İrlandiya (Belfast, "Vindzor Park" stadionu), Ukrayna (Xarkov, "Metallist" stadionu).

Qeyd edək ki, tərəflər 2019-cu il fevralın 15-nə kimi yekun sənədləri UEFA-ya təqdim etməlidir. Qurum isə öz qərarını gələn ilin may-iyun aylarında açıqlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə