"Sportinq" baş məşqçisini istefaya göndərir

"Sportinq" baş məşqçisini istefaya göndərir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq" baş məşqçisi Joze Pezeyrunu istefaya göndərməyə qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, komandanın Portuqaliya Liqa Kubokunda "Eştoril"ə uduzmasından (1:2) sonra klub rəhbərliyi bu qərara gəlib. Yaxın vaxtlarda bu istefanın rəsmən açıqlanacağı gözlənilir.

Yeni baş məşqçi vəzifəsinə əsas namizədlərin Leonardo Jardim və Paulu Souzu olduğu iddia olunub.

Qeyd edək ki, Lissabon təmsilçisi Premyer Liqada 8 turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə