Türkiyə Superliqasının 11-ci turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" oyunu üçün hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, İstnabul derbisinin baş hakimi Fırat Aydunas olacaq. Ona Serkan Ok və Aleks Taşçıoğlu köməklik edəcək. Dördüncü hakim funksiyasını Özgür Yankaya yerinə yetirəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" matçı sabah Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB