Azərbaycan Kikboksinq Federasiyası bəzi idmançıların onların adından istifadə etdiklərini açıqlayıb - ÖZƏL

Azərbaycan Kikboksinq Federasiyası bəzi idmançıların onların adından istifadə etdiklərini açıqlayıb - ÖZƏL

Azərbaycan Kikboksinq Federasiyası (AKF) tanımadığı, Federasiyaya aid olmayan idmançıların onların adından istifadə edərək yarışlarda iştirakından və mediada bu idmançıların təbliğindən narahatdır. Bu barədə SİA-ya açıqlamasında kikbokinq üzrə milli komandaların rəisi Sadıq Bağırov məlumat verib. Onun sözlərinə görə, media nümayəndələri hər hansı idmançı haqqında xəbər hazırlayarkən Federasiyadan onun barəsində məlumatları dəqiqləşdirməlidir.

O, AKF-nın dünyada WAKO növü ilə əməkdaşlıq etdiyini, idmançıların yalnız bu növün yarışlarına qatıldığını qeyd edib. Milli komandaların rəisi bildirib ki, idmançılar beynəlxalq yarışlarda Azərbaycan çempionatında iştirak edəndən sonra qatıla bilərlər: "Axırıncı dünya çempionatı 3 ay öncə keçirilib. Amma tez-tez bəzi idmançılar dünyanın bir neçə yerində dünya çempionatlarında iştirak etdiklərini bildirilər. Mediada da bu məlumatlar yayımlanır. Onlar saxta idmançılardır. Bəzi idman növləri var ki, idmançılar bu növlərdə nəticə verə bilmirlər, gedib kikboksinqin başqa bir növündə iştirak edirlər. Onlar bilinmir heç yarışda iştirak edirlər, ya yox. Çox güman ki, medalları elə burda düzəltdirirlər. Bu nəticələr nə Gənclər və İdman Nazirliyində, nə də Milli Olimpiya Komitəsində qəbul olunur. Bu qurumlar yalnız Federasiyanın təsdiq etdiyi nəticələri qəbul edirlər. Ehram Məcidov, Eduard Məmmədov, Pərviz Abdullayev kimi idmançılarmız var ki, həqiqətən də dünyada tanınırlar. Onların nəticələrinə kölgə salmaq olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə