Sabah boks üzrə Azərbaycan çempionatı start götürəcək

Sabah boks üzrə Azərbaycan çempionatı start götürəcək

Dekabrın 21-də Bakı İdman Sarayında boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürəcək. SİA-nın xəbərinə görə, yarışda idman cəmiyyətləri, idman klubları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.

Ölkə çempionatında 150-ə yaxın boksçunun döyüşəcəyi gözlənilir. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar. WSB liqasında mübarizə aparan "Baku Fires" klubunun üzvlərindən yalnız Rəhim Nəcəfov yarışda iştirak etmək arzusunda olduğunu bildirib. Turnirin qaliblərinin adı dekabrın 25-də məlum olacaq.

Proqram:

21.12.2010

Saat 16:00 – İlkin döyüşlər

22.12.2010

Saat 16:00 - İlkin döyüşlər

23.12.2010

Saat 16:00 – ¼ final döyüşləri

24.12.2010

Saat – 16:00 – Yarımfinal döyüşləri

25.12.2010

Saat – 13:00 – Final döyüşləri

Azərbaycan çempionatının təntənəli açılış mərasimi dekbrın 21-i saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə