Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş turniri keçiriləcək

Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş turniri keçiriləcək

Dekabrın 25-26-da Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə və Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş yeniyetmələr arasında (1995-97) sərbəst güləş üzrə II beynəlxalq turnir keçiriləcək.

SİA-nın xəbərinə görə, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri, sərbəst güləş üzrə keçmiş SSRİ, Avropa və dünya birinciliklərinin dəfələrlə qalibi olmuş Oleq Krapivin, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan güləşçiləri də iştirak edəcək.

Yığmamızın heyətində Vurğun Əliyev (42 kq), Ruslan Qasımov, Ruslan Surxayev (hər ikisi 46 kq), Elşən Alxanov (50 kq), Məhəmməd Həsənzadə, Ruslan Aslanov (hər ikisi 54 kq), Ramal Quliyev (63 kq) və Nemət Şikarov (76 kq) yer alacaq. Komandamız turnirə məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə