İtaliya millisinin sabiq futbolçusu həbs olunub

İtaliya millisinin sabiq futbolçusu həbs olunub

Futbol üzrə İtaliya milli komandasının sabiq futbolçusu Vinçentso Yakvinta həbs olunub. ANSA agentliyi xəbər verir ki, o, qanunsuz odlu silah saxladığı üçün 2 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, sabiq hücumçunu mafiya ilə əlaqələrinə görə 6 il cəza gözləyirdi. Lakin sonradan ona qarşı olan bu ittiham aradan qaldırılıb. Yakvintanın atası isə cinayətkar dəstə ilə əlaqələrə görə 19 il müddətinə həbs edilib.

Xatırladaq ki, V.Yakvinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. 38 yaşlı sabiq forvard karyerası ərzində İtaliyanın "Yuventus" və "Udineze" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə