İngiltərənin "Lester" klubu Premyer Liqanın XI turunda səfərdə qarşılaşacaqları "Kardif Siti" ilə oyuna təyyarə ilə getməyəcək. "Report" "Sky Sports"a istinadən xəbər verir ki, komanda klubun prezidenti Vişay Şrivaddanaprabhanın vertolyot qəzasında ölümündənsonra bu addımı atıb.
Kollektiv Kardif şəhərinə avtobusla getməyi qərara alıb. Daha öncə klub rəhbərinin ölümü ilə əlaqədar bu matçın təxirə salınacağı ehtimal olunurdu. Qeyd edək ki, "Kardif Siti" - "Lester" matçı noyabrın 3-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB