Marçello Lippi 23 milyon avroluq təklifi rədd etdi!

Marçello Lippi 23 milyon avroluq təklifi rədd etdi!

Futbol üzrə Çin millisinin baş məşqçisi Marçello Lippi vəzifəsindən ayrılmaq qərarına gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis yeni müqavilə təklifini qəbul etməyib. O, yanvar-fevral aylarında keçiriləcək Asiya Kuboku turnirindən sonra postunu tərk edəcək. 70 yaşlı çalışdırıcı bunu vətəninə dönmək və ailəsi ilə vaxt keçirmək istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, 2016-cı ildən Çin yığmasına rəhbərlik edən Lippinin illik maaşı 23 milyon avrodu.

Bütün xəbərlər Facebook səhifəmizdə