Konte də “Real”ı rədd etdi...

Konte də “Real”ı rədd etdi...

“Çelsi”nin sabiq baş məşqçisi Antonio Konte “Real”ı çalışdırmaqdan imtina edib. “Sky Sports”un məlumatında deyilir ki, Madrid klubu italiyalı mütəxəssislə razılığa gələ bilməyib. Konte qarşı tərəfə mövsümün ortasında deyil, əvvəlində işə başlamaq istədiyini bildirib.
Qeyd edək ki, Britaniya mətbuatı Kontenin “Manester Yunayted”i çalışdırmaq niyyətində olduğunu yazıb. Əlavə edək ki, "Real"ın sabiq üzvü olan Mixael Laudrup da "kral klubu"nun təklifini rədd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə