Mikael Laudrup “Real Madrid”in baş məşqçisi olmağı qəbul etməyib
Xəbər verdiyimiz kimi, “Real Madrid” klubunun rəhbərliyi “Barselona” ilə matçda ağır məğlubiyyətdən (1:5) sonra baş məşqçi Xulen Lopeteqini istefaya göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, danimarkalı mütəxəssis Mikael Laudrup “Real Madrid” klubunun baş məşqçisi vəzifəsi təklifini qəbul etməyib. Laudrupa yaxın şəxslərdən birinin ispan qəzetinə verdiyi məlumata görə, danimarkalı mütəxəssis hələlik heç bir planı dəyişməyi nəzərdə tutmayıb. O, “Real”dakı vəziyyəti “dağıdıcı” hesab edir.
Qeyd edək ki, Madrid klubu 10 turdan sonra İspaniya çempionatında doqquzuncu yeri tutur.
M.Laudrup 2016-cı ildən Qətərin "Əl-Rayyan" futbol klubuna rəhbərlik edir. 1994-1996-cı illərdə “Real Madrid”in baş məşqçisi olan çalışdırıcının rəhbərliyi ilə klub İspaniya çempionu olub. O, 2008-2009-cu illərdə Moskvanın “Spartak” klubuna rəhbərlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB