Əfran İsmayılov: “Komandamız son 4 matçda artıq öz oyununu tapır"- ÖZƏL

Əfran İsmayılov: “Komandamız son 4 matçda artıq öz oyununu tapır"- ÖZƏL

"Qarabağ" klubunun təcrübəli yarımmüdafiəçisi Əfran İsmayılov Azərbaycan Premyer Liqasının XVIII turunda "Muğan"la oyun barədə fikrilərini bildirib. Futbolçu SİA-ya verdiyi açıqlamasında bildirib ki, oyundan tam razı qalıb: ""Muğan" döyüşkən komandadır. Bu komanda əks hücumlarda çox təhlükəlidir. Ona görə komandam oyuna ciddi hazırlaşmışdı. Oyunun çətin keçəcəyini bilirdik. Ancaq bizə 3 xal lazım idi. Şükür Allaha ki, oyunda qalib gəldik. Qarşılaşmadan razı qaldım. Komandamız son 4 matçda artıq öz oyununu tapır. İnanıram ki, getdikcə daha yaxşı oynayacağıq".
Futbolçu daha sonra hakimlərlə bağlı danışaraq Premyer Liqanın oyunlarını idarə edən ədalət təmsilçislərindən də razı olduğunu dilə gətirib: "Bəli, hakimlərdən razıyam. Niyə narazı olmalıyam ki?! Bir dəfə bizim oyunda səhv oldu. Gülməli idi. Amma nə etmək olar, insandır, səhv etdi, başa düşmək lazımdır. Hamı səhv edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə