Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bölgə birincilikləri davam edir. SİA-nın məlumatına görə, İmişlidə keçirilən region birinciliyində 2002-2004-cü il təvəllüdlü cüdoçular arasında bütün qaliblərin adlarına aydınlıq gəlib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Camal Ələsgərov (46 kq), Heydərli Quliyev (50 kq), Səmid Qarayev (55 kq), Mirrəfli Bağırov (60 kq), Anar Abbasov (66 kq), Səid Orucov (73 kq) və İsaq Mirzəyev (90 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Mükafatçılara Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB