CRFF ilin ən yaxşı futbolçularını müəyyənləşdirib

CRFF ilin ən yaxşı futbolçularını müəyyənləşdirib

Cənub Regional Futbol Federasiyası (CRFF) 2010-cu ildə ölkə futbolunun inkişafına göstərdiyi xidmətlərə görə regionu təmsil edən rayonlarda ilin ən yaxşı futbolçularını müəyyən edib.

CRFF-dan SİA-nın cənub bürosuna verilən məlumata görə, federasiyanın qərarına əsasən, Lənkəran rayonunun "Xəzər-Lənkəran" futbol klubunun qapıçısı Kamran Ağayev, komandanın müdafiəçisi Elnur Allahverdiyev və Salyan rayonunun "Muğan" futbol klubunun təmsilçisi Elnur Abdullayev regionun "ilin ən peşəkar futbolçusu" adına layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə