“Vorskla” “Qarabağ”la oyuna görə aksiya təşkil edəcək

“Vorskla” “Qarabağ”la oyuna görə aksiya təşkil edəcək

Avropa Liqasının qrup mərhələsinin iştirakçısı Ukraynanın “Vorskla” klubu “Qarabağ”la oyunda azarkeşlərin axınını təmin etmək üçün xüsusi aksiya keçirəcək. SİA-nın məlumatına görə, Poltava təmsilçisi “Qarabağ”la oyundan sonra milli çempionatda “Şaxtyor” klubu ilə qarşılaşmanın qiymətini cəmi 1 qrivna elan edib.

Qeyd edək ki, “Vorskla” - “Qarabağ” oyununun bilet qiyməti 50-dən 350 qrivnaya qədərdir.

Xatırladaq ki, bu qarşılaşma noyabrın 8-də Ukrayna vaxtilə saat 22:00-da keçiriləcək. “Vorskla” - “Şaxtyor” qarşılaşması isə noyabrın 11-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə