Bakı İdman Sarayında Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub. SİA-nın məlumatna görə, yarışda Azərbaycan idmançılarından başqa, Qazaxıstan, Rusiya, Özbəkistan, Çin, İrlandiya və Gürcüstanı təmsil edən 89 dəri əlcək ustası mübarizə aparıb. Milli komandamız yarışı 3 qızıl medalla başa vurub. Romal Yusifzadə (52 kq), İlkin Quliyev (56 kq) və Pərviz Bağırov (60 kq) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 69 kq çəki dərəcəsində mübarizə aparan Saqi Sadıqlı isə yalnız finalda uduzaraq, 2-ci yerlə kifayətlənib. Allahşükür Xanımaliyev (49 kq), Kamran Orucov (52 kq), Alim Abbasov (56 kq), Novruzəli Əliyev (60 kq), Coşğun Əliyev (64 kq), Rauf Rəhimov (75 kq), Fəqan Hüseynov (75 kq), Hacıbaba Hacıbabayev (91 kq), və Orxan Məmişzadə (91+kq) üçüncü yerə layiq götülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB