Almaniya Kubokunda 1/16 fnal mərhələsinə start verilib - NƏTİCƏLƏR

Almaniya Kubokunda 1/16 fnal mərhələsinə start verilib - NƏTİCƏLƏR

Futbol üzrə Almaniya Kubokunda 1/16 fnal mərhələsinə start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçirilib. Səfərdə “Rodinqhauzen”in qonağı olan “Bavariya” 2:1 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb.

Digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

Almaniya kuboku, 1/16 final mərhələsi

30 oktyabr

“Chemie Leyptsiq” – “Paderborn” 0:3
Qollar: Quye, 18, 60, Hyunemayer, 28

“Hannover” – “Volfsburq” 0:2
Qollar: Mehmedi, 20, Veqhorst, 90

“Ulm 1846” – “Fortuna” 1:5
Qollar: Morina, 1 - Dukş, 15, 70, Henninqs, 33, Lukebakio, 37, 43

“Darmştadt” – “Herta”0:2
Qollar: İbişeviç, 64, Mittelştadt, 88

“Haydenhaym” – “Sandhauzen” 3:0
Qollar: Şnatterer, 8-pen, Dovedan, 20, 86

“Auqsburq” – “Maynts” 3:2
Qollar: Bell, 40 (avtoqol), Qreqorits, 86, Kiabi, 105 - Mvene, 19, Quaison, 45

“Rodinqhauzen” – “Bavariya” 1:2
Qollar: Meyer, 49 - Vaqner, 8, Müller, 13-pen

“Veen” – “Hamburq” 0:3
Qollar: Lasoqa, 20, 51, Santos, 90
Qeyd edək ki, bu mərhələnin digər 8 oyunu bu gün keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə