"Bakıda məşqlər çox yaxşı keçir"

"Bakıda məşqlər çox yaxşı keçir"

Avstraliyanın batut gimnastikası üzrə komandasının üzvü Kira Uord Bakıya gəlməsindən və Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışlarından məmnundur.

İdmançı Trend-ə bildirib ki, məşqlər çox yaxşı keçir. K.Uord deyib ki, Milli Gimnastika Arenasının köməkçi zalında məşq etmək çox rahatdır: "Komandamızın bütün üzvləri çox məmnundur. Burada hər şey çox yaxşıdır”. Onun sözlərinə görə, bu onun Azərbaycana ilk səfəridir. Qeyd edək ki, Avstraliyanın batut gimnastikası üzrə komandasının üzvləri noyabrda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək dünya çempionatı ərəfəsində Bakıda təlim-məşq toplanışlarında iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə