Andrey Arşavin iki oyunluq cəzalandırılıb

Andrey Arşavin iki oyunluq cəzalandırılıb

Qazaxıstan Futbol Federasiyası "Kayrat"ın futbolçusu Andrey Arşavini iki oyunluq cəzalandırıb. Buna səbəb 37 yaşlı futbolçunun Premyer Liqanın 31-ci turunda "İrtış"la oyunda rəqib futbolçunu vurması olub. Rusiya millisinin sabiq üzvü matçın 86-cı dəqiqəsində rəqibinin ayağına vuraraq onu yerə yıxıb.

Qeyd edək ki, bu görüşdə "Kayrat" "İrtış"a 0:1 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə