Eden Hazard bu gün keçiriləcək oyunu buraxacaq

Eden Hazard bu gün keçiriləcək oyunu buraxacaq

“Çelsi”nin futbolçusu Eden Hazard İngiltərə kubokunun 4-cü turunda “Derbi Kaunti” ilə keçiriləcək oyunu buraxacaq. Britaniya mətbuatının yazdığına görə, bir müddətdir zədədən əziyyət çəkən belçikalı yarımmüdafiəçi hələlik sıraya qoşulmayıb.

Qeyd edək ki, komandanın lideri zədə səbəbindən Avropa Liqasının qrup mərhələsində BATE və Premyer Liqanın 11-ci turunda “Bernli” ilə görüşlərdə də iştirak etməyib. Əlavə edək ki, “Derbi Kaunti” ilə matç oktyabrın 31-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə