Yüngül atletika üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnir ənənəvi olaraq 15-ci dəfə SSRİ rekordçusu Tofiq Qarayevin mükafatı uğrunda təşkil olunub. Respublika Olimpiya Mərkəzində keçirilmiş yarışda üçnövçülük üzrə 1994-1995-ci il təvəllüdlü 60-dan çox gənc oğlan və qızlar iştirak ediblər.
Turnirdə Azərbaycanın bölgələrinin idmançıları ilə yanaşı, Gürcüstan və Dağıstanın yüngül atletləri də mübarizə aparıblar. Oğlanların yarışında 1-ci yeri 2131 xalla Bakı Təhsil İdarəsinin idmançısı Elmar Heybətov tutub. Digər təmsilçimiz Teymur Əsədov 2030 xalla 2-ci, Dağıstan atleti Tamerlan Məhəmmədov isə 1858 xalla 3-cü pilləyə sahib olub.
Qızların turnirində isə ən güclü gürcüstanlı Solome Siradze (2484 xal) olub. Daha bir Gücüstan təmsilçisi Sopi Çalaşvili 2395 xal toplayaraq gümüş medala sahib çıxıb. Bürünc mükafata isə 2383 xalla Azərbaycan idmançısı Yekaterina Sarıyeva layiq görülüb.
Ümumi komanda hesabında 8685 xalla Bakı Təhsil İdarəsi 1-ci, 8478 xalla Gürcüstan komandası 2-ci, Dağıstan idmançıları isə 7321 xalla 3-cü olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB